...

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb

Dünya xəbərləri Materials 1 May 2023 03:32 (UTC +04:00)
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb

Bakı. Trend:

Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda, Bursa-Ankara magistralında sərnişin avtobusu qəzaya uğrayıb.

Trend xəbər verir ki, orta məktəb şagirdlərini daşıyan tur avtobusu baryerlərə çırpılaraq aşıb.

Qəzada biri sürücü olmaqla 3 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Bildirilir ki, hadisə yerinə xilasedicilər, polislər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti