...

Hakerlər hökumət peykini sındıraraq nəzarəti ələ keçirib

Dünya xəbərləri Materials 1 May 2023 09:51 (UTC +04:00)
Hakerlər hökumət peykini sındıraraq nəzarəti ələ keçirib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kosmosdakı minlərlə peyk kibertəhlükəsizlik təhdidlərinə qarşı nə dərəcədə təhlükəsizdir? Bu sualın cavabını bir araya gətirən Avropa Kosmik Agentliyi (ESA) peyklərin təhlükəsizlik tədbirlərini sınaqdan keçirmək üçün kibertəhlükəsizlik təlimi təşkil edib.

Trend-in məlumatına görə, ESA kosmik sənayedə kibertəhlükəsizlik üzrə mütəxəssisləri OPS-SAT nümayişi nano-peykinə nəzarət etməyə dəvət edib. Bundan əlavə, "ağ papaqlı" hakerlər sistemə nəzarəti ələ keçirmək üçün müxtəlif "etik" haker üsullarından da istifadə ediblər.

Hakerlər peyki tam nəzarətə götürüblər. Təlimlə bağlı hesabatda deyilir ki, hakerlər nəzarəti əldə etmək üçün standart giriş hüquqlarından istifadə edir və sonra müxtəlif boşluqlardan istifadə edərək zərərli kod daxil ediblər.

Bu dəyişikliklər hakerlərə öz hərəkətlərini gizlətməyə, həmçinin Yerə göndərilən məlumatları, hətta bort kamerası tərəfindən çəkilmiş şəkilləri dəyişdirməyə qədər getməyə imkan verib.

Təlimdən sonra çıxış edən kibertəhlükəsizlik üzrə ekspert təlimin bənzərsiz olduğunu, lakin peyk sistemlərində aşkar edilən potensial qüsurlar və zəifliklər barədə məlumatlılığı artırmaq üçün vacib olduğunu bildirib. Beləliklə, həm mövcud, həm də gələcək peyk sistemləri bu cür hücumlardan daha yaxşı qorunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti