...

Türkiyə xüsusi xidmət orqanları Suriyada 4 İŞİD terrorçusunu saxlayıblar

Dünya xəbərləri Materials 11 May 2023 02:01 (UTC +04:00)
Türkiyə xüsusi xidmət orqanları Suriyada 4 İŞİD terrorçusunu saxlayıblar

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada 4 İŞİD terrorçusunu saxlayıb.

Trend xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində saxlanılan terrorçular təhlükəsizlik qüvvələrinə təhvil verilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, ələ keçirilən terrorçulardan biri qırmızı kateqoriya ilə axtarışda olan Şahap Varişdir.

Bildirilri ki, Ş.Variş İŞİD-in Türkiyədə planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktları ilə əlaqəlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti