Bakı. Trend:
ABŞ prezidenti Co Bayden bazar ertəsi bildirib ki, o, çərşənbə axşamı, mayın 16-da Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (Kaliforniyadan respublikaçı) ilə ölkədə defoltun qarşısının alınması məsələsini müzakirə etmək niyyətindədir.
Trend Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, C.Bayden bu barədə jurnalistlərlə söhbətində bildirib.
ABŞ dövlət başçısı borc maksimumunun artırılması ilə bağlı vəziyyətə dair məsləhətləşmələr barədə başqa təfərrüat açıqlamayıb.