Bakı. Trend:
İspaniyanın Qipuskoa vilayətinin Orio şəhərində küçədə baş verən partlayışda ən azı iki nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Okdiario" qəzeti xəbər verib.
Məlumata əsasən, partlayış yerli vaxtla təxminən saat 18:30-da yolda baş verib. Partlayışın xarakteri dəqiqləşdirilmir, baş verənlərin təfərrüatları verilmir.
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.