...

Avropa Parlamenti Macarıstanın Aİ-yə sədrliyinə mane ola bilər

Dünya xəbərləri Materials 25 May 2023 05:02 (UTC +04:00)
Avropa Parlamenti Macarıstanın Aİ-yə sədrliyinə mane ola bilər

Bakı. Trend:

Avropa Parlamenti Macarıstanın 2024-cü ilin ikinci yarısında Aİ-yə sədrlikdən məhrum edilməsinə dair qətnamə layihəsi hazırlayıb.

Trend xəbər verir ki, bu barədə Macarıstanın ədliyyə naziri Yudit Varqa özünün "Facebook" səhifəsində bildirib.

"Gələn həftə Avropa Parlamenti Macarıstanın 2024-cü ilin ikinci yarısında Aİ-yə sədrliyinin qarşısını almaq üçün Macarıstanın əleyhinə qətnaməyə yenidən səs verəcək. Biz bu fürsəti Macarıstanın əlindən almalarına imkan verməyəcəyik", - deyə nazir bildirib.

O vurğulayıb ki, Avropa İttifaqına sədrliklə bağlı qərarı Aİ Şurası verir və ölkə onun baş katibliyi ilə gündəlik əlaqə saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti