...

Desantis ABŞ prezident seçkilərində namizəd olacağını təsdiqləyib

Dünya xəbərləri Materials 25 May 2023 06:02 (UTC +04:00)
Desantis ABŞ prezident seçkilərində namizəd olacağını təsdiqləyib

Bakı. Trend:

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis rəsmi olaraq 2024-cü ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Trend xəbər verir ki, bu barədə R.Desantis "Twitter"in sahibi İlon Mask ilə "Twitter Spaces" səsli çatında deyib.

"Mən Amerikanın möhtəşəm geri dönüşünə rəhbərlik etmək üçün prezidentliyə namizədliyimi irəli sürürəm", - deyə o bildirib.

Eyni zamanda, R.Desantis və İ.Mask arasında söhbət zamanı səsli çatda texniki nasazlıqlar baş verib - səs dəfələrlə kəsilib.

"Serverlər bir qədər yüklənib", - deyə İlon Mask bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti