Bakı. Trend:
Kolumbiya prezidenti Qustavo Petro mayın 1-də təyyarə qəzası nəticəsində itkin düşən 4 uşağın sağ-salamat tapıldığını açıqlayıb.
Trend xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində paylaşım edib.
Kolumbiya Silahlı Qüvvələri də cəngəllikdə tapılan uşaqların fotolarını paylaşıb.
Qeyd edək ki, mayın 1-də Solanodan San-Xose-del-Quaviareyə uçan "Cessna 206" təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 7 nəfər olub. Hərbçilər mayın 15-də təyyarəni və 3 nəfərin meyitini tapıblar. Təyyarənin pilotu ötürülən son mesajda mühərrikin nasazlığı barədə məlumat verib.