...

Kanada bir sıra şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 11 İyun 2023 02:39 (UTC +04:00)
Kanada bir sıra şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib

Bakı. Trend:

Kanada bir sıra şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etdiyini açıqladı.

Trend-in məlumatına görə, Kanada Xarici İşlər Nazirliyindən bildiriblər ki, Ukraynada mədəniyyət obyektlərinin və müəssisələrinin dağıdılmasına yönəlmiş fəaliyyətlərdə iştirak edən bir sıra şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edilib.

Məlumata əsasən, sanksiyalar xüsusi iqtisadi tədbirlər çərçivəsində 24 fiziki və 17 hüquqi şəxsə qarşı tətbiq ediləcək.

Qeyd edək ki, bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo Ukraynaya 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində növbəti maliyyə yardımı tranşının ayrıldığını açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti