...

NATO-nun baş katibi Baydenlə görüşəcək

Dünya xəbərləri Materials 12 İyun 2023 02:24 (UTC +04:00)

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq 12-13 iyun tarixlərində Vaşinqtona səfər edəcək.

Trend xəbər verir ki, bu barədə NATO-nu nsaytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, Vaşinqtonda Y.Stoltenberq ABŞ Prezidenti Co Bayden, dövlət katibi Entoni Blinken və ABŞ Senatında NATO-nun fəaliyyətini müşahidə edən qrupun üzvləri ilə görüşəcək.

Bildirilir ki, iyunun 13-də Yens Stoltenberq və Entoni Blinken birgə bəyanatla çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti