Bakı. Trend:
Monteneqroda keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı yerli vaxtla saat 20:00-da sandıqlar bağlanana kimi 56,4% təşkil edib.
Trend xəbər verir ki, bu barədə Avropayönlü Demokratik Keçid Mərkəzinin məlumatında deyilir.
Məlumata əsasən, səsvermədə 305 760 seçici iştirak edib.
2020-ci ildə keçirilən parlament seçkilərində seçici fəallığı 76,6 faiz olub.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri Monteneqroda bazar günü başa çatıb.