...

Türkiyədə İsveçin NATO-ya daxil olması ilə bağlı fəaliyyəti müzakirə edilib

Dünya xəbərləri Materials 14 İyun 2023 22:47 (UTC +04:00)

Bakı. Trend:

Ankarada keçirilən Türkiyə-Finlandiya-İsveç Daimi Birgə Mexanizminin dördüncü iclasında İsveçin Üçtərəfli Memorandumda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı fəaliyyəti müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, icals zamanı İsveçin Üçtərəfli Memorandumda nəzərdə tutulan öhdəliklər çərçivəsində gördüyü işlər müzakirə olunub. İsveçdə 2023-cü il iyunun 1-dən qüvvədə olan yeni qanunvericiliyə uyğun olaraq, terrorizmlə mübarizə sahəsində İsveç tərəfindən həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. Üçtərəfli Memorandum çərçivəsində müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinin gedişi də müzakirə edilib.

Görüş iştirakçıları Daimi Birgə Mexanizmin əhəmiyyətini vurğulayaraq, gələcək konkret addımlar üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti