...

Türkiyədə zəlzələ olub

Dünya xəbərləri Materials 20 İyun 2023 01:01 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş şəhərində 4,7 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Göksun rayonunda, ocağı isə 7,1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti