...

Sarkisyanın müavininə yeni cinayət işi açıldı

Dünya xəbərləri Materials 20 İyun 2023 15:50 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və elm naziri Armen Aşotyan və onun partiya yoldaşlarına qarşı yeni cinayət işi açılıb.

Trend xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumatında qeyd edilib ki, cinayət işinin materiallarına əsasən, onlar əvvəlcədən razılaşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəb binasının digər şəxslər tərəfindən özəlləşdirilməsi üçün yardım ediblər.

Xatırladaq ki, Təhsil naziri olarkən tibb universiteti üçün satınalmalar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunduğu üçün 16 iyunda 2 ay müddətinə həbs edilən Aşotyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti