...

Polşada Avropa Oyunlarının açılış mərasimi keçirilib (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 21 İyun 2023 23:10 (UTC +04:00)
Polşada Avropa Oyunlarının açılış mərasimi keçirilib (FOTO/VİDEO)

Krakov. Trend:

Polşanın Krakov şəhərində Üçüncü Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, “Visla” stadionunda keçirilən mərasimdə ümumilikdə 48 ölkədən 7 minədək idmançı iştirak edib.

Azərbaycan Oyunlarda idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda 86 idmançı ilə təmsil olunur.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti