...

İstanbulda yol qəzası baş verib, 14 nəfər yaralanıb

Dünya xəbərləri Materials 23 İyun 2023 05:43 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində minik avtomobili yol kənarına aşıb.

Trend xəbər verir ki, qəza nəticəsində 14 nəfər xəsarət alıb.

Hadisə yerində təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların arasında xarici vətəndaşlar da var.

İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti