Bakı. Trend:
Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hakan Fidan və Feysəl bin Fərhan arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, telefon danışığı zamanı nazirlər İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin iyulun 2-də Ciddədə keçiriləcək iclasına hazırlığı müzakirə ediblər.
Tərəflər həmçinin islamafobiya ilə mübarizə və regional məsələlərdə əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.