...

İran vətəndaşlarına Fransaya səfər etməməyi tövsiyə edib

Dünya xəbərləri Materials 2 İyul 2023 12:48 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran vətəndaşlarına Fransanın hazırkı böhranlı durumunda mümkün olduğu qədər qeyri-zəruri səfərləri həyata keçirməkdən çəkinmələri tövsiyə olunur.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

N.Kənaninin sözlərinə görə, eyni zamanda Fransada yaşayan İran vətəndaşlarından xahiş edilir ki, zəruri olmadığı halda şəhərə çıxmasınlar və qarşıdurma olan məkanlardan uzaq olsunlar.

Kənani əlavə edib ki, İran Fransada baş verən prosesləri diqqətlə izləyir. Fransadakı destabil vəziyyət proqnoz ediləcək səviyyədə deyil.

İran XİN rəsmisi qeyd edib ki, Fransa hökumətinin söz azadlığı və vətəndaşların dinc etiraz etmək hüququna əsasən prinsiplərə riayət etməklə öz vətəndaşlarına qarşı sərt davranışlara son qoyacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti