Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) virtual təhlükəsizlik sammitində iştirak edib.
Trend bu barədə cnn.com-a istinadən xəbər verir.
Hindistanın baş naziri Narendra Modinin sədrlik etdiyi sammitdə Rusiya prezidenti ilə yanaşı Çin Xalq Respublikasının sədri Si Tsinpin, İran prezidenti İbrahim Rəisi də iştirak edib.
Qeyd edək ki, "Vaqner" özəl hərbi şirkətinin qiyamından sonra Rusiya prezidenti ilk dəfədir ki, beynəlxalq platformada çıxış edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)