...

NATO baş katibi Türkiyə və İsveç prezidentləri ilə görüşəcək

Dünya xəbərləri Materials 10 İyul 2023 01:46 (UTC +04:00)
NATO baş katibi Türkiyə və İsveç prezidentləri ilə görüşəcək

Bakı. Trend:

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristerssonla görüşərək İsveçin NATO-ya daxil olması imkanlarını müzakirə etmək niyyətindədir.

Trend-in məlumatına görə, NATO-nun baş katibinin ötən həftə dediyi kimi, əsas vəzifə sammit üçün bütün məsələləri razılaşdırmaqdır, lakin bu təşəbbüsün uğurlu olmasına heç bir təminat yoxdur.

Qeyd edək ki, keçən həftə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri, kəşfiyyat rəhbərləri və təhlükəsizlik müşavirləri istirak etdiyi görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti