...

Yanvar-iyun aylarında Antalya limanı 300-dən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 17 İyul 2023 08:48 (UTC +04:00)
Yanvar-iyun aylarında Antalya limanı 300-dən çox gəmi qəbul edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Antalya limanı 335 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Antalya limanı Türkiyə bayrağı altında üzən 135, digər ölkələrin bayraqları altında üzən 200 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 28 min 836 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 97, Türkiyə bayrağı altında olan gəmilər isə 8 min 739 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti