Bakı. Trend:
İspaniyanın cənub-qərbində Kanar adaları qrupuna daxil olan La Palma adasında 4000-dən çox insan meşə yanğınına görə evlərindən təxliyə edilib.
Trend xəbər verir ki, iyulun 14-də başlayan və hələ də nəzarət altına alına bilməyən yanğınlar indiyə qədər 5 min hektardan çox meşə ərazisini külə döndərib.
La Palma Bələdiyyəsi və mülki yardım qrupları bəzi yaşayış məntəqələrinə də yayılan yanğınlar nəticəsində 13 evin yararsız hala düşdüyünü və 4255 nəfərin evlərindən təxliyə edilərək gecəni idman salonlarında, yaxınlarının evlərində və ya hotellərdə keçirdiyini açıqlayıb.