...

"Google"ın hazırladığı yeni süni intellekt xəbər yaza biləcək

Dünya xəbərləri Materials 20 İyul 2023 14:53 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Google xəbər hazırlayacaq süni intellekt texnologiyasını sınaqdan keçirir.

Trend-in məlumatına görə, "Genesis" adlı bu yeni süni intellekt texnologiyası jurnalistlərin işini asanlaşdırmaq üçün hazırlanıb.

Süni intellekt texnologiyası ABŞ-nin aparıcı qəzetlərindən olan "The New York Times", "The Washington Post" və "The Wall Street Journal"ın sahibi olan "News Corp"un rəhbərlərinə təqdim olunub.

Google jurnalistlər üçün "fərdi assistent" kimi nəzərdə tutulan bu texnologiya sayəsində jurnalistlərin daha mühüm xəbərlər yazmaq üçün vaxt qazana biləcəklərini hesab edir. Belə ki, "Genesis" ona təqdim olunan istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.

Lakin "Google" tərəfindən hazırlanan bu yeni texnologiya "News Corp"un rəhbərləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, bəzi rəhbərlər fikirlərini "doğru xəbər yazmaq üçün bəzi mühüm məqamlar göz ardı edilir", - şəklində ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti