...

Türkiyə vətəndaşlığını almaq çətinləşəcək - Ərdoğan təlimat verdi

Dünya xəbərləri Materials 21 İyul 2023 10:33 (UTC +04:00)
Türkiyə vətəndaşlığını almaq çətinləşəcək - Ərdoğan təlimat verdi

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyri-qanuni miqrasiyaya qarşı lazımi addımların atılması barədə təlimat verib.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Prezident Rəcəb Tayyib Ərdoğana “qanunsuz immiqrasiya ilə mübarizə” mövzusunda məlumat verib.

Məlumata əsasən, A.Yerlikaya təqdimatında əcnəbilərin Türkiyə vətəndaşlığını almasında bəzi sui-istifadə hallarının olduğunu bildirib.

Bundan əlavə, əcnəbilərə müəyyən şərtləri yerinə yetirmək və müəyyən miqdarda sərvət sahibi olmaq müqabilində verilən müstəsna vətəndaşlığın təyinatından kənar məqsədlər üçün istifadə edildiyinə dair iddialar müzakirə olunub. Bildirilib ki, Daxili İşlər Nazirliyinə daxil olan “Türkiyə vətəndaşlığına keçmə” ilə bağlı müraciətlər bu səbəbdən bir müddət təxirə salınıb.

Qeyd edək ki, Türkiyədə olan Suriyalı mühacirlərin ölkələrinə göndərilməsi prosesi sürətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti