...

Avropa İttifaqı 12 yeni yanğınsöndürən təyyarə alacaq

Dünya xəbərləri Materials 28 İyul 2023 19:53 (UTC +04:00)
Avropa İttifaqı 12 yeni yanğınsöndürən təyyarə alacaq

Bakı. Trend:

Avropa İttifaqı hər il daha da güclənən meşə yanğınları ilə mübarizə qabiliyyətini artırmaq niyyətindədir. Brüssel bu məqsədlə 12 ədəd yeni yanğınsöndürən təyyarə almağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, yeni təyyarələr Yunanıstan, Xorvatiya, Fransa, İtaliya, İspaniya və Portuqaliyaya yerləşdiriləcək. Qitədəki yanğınsöndürmə əməliyyatları Brüssel tərəfindən koordinasiya ediləcək.

Qeyd edilib ki, Avropa İttifaqı ötən yay mövsümündə Cənubi Avropada baş verən güclü yanğınlardan sonra ehtiyat parkını iki dəfə artırıb. Buna baxmayaraq, Aİ istənilən qaynar nöqtəyə operativ yetişmək üçün helikopterlərin də daxil olduğu yanğınsöndürmə aviaparkını yenidən genişləndirmək istəyir. Lakin yanğına qarşı bəzi uçuş aparatlarının istehsalı dayandığı üçün buna xeyli vaxt lazım gələcək.

Vurğulanıb ki, Kanadanın “De Haviland” kompaniyası Avropa İttifaqından sifariş alacaqları təqdirdə “Canadair” yanğınsöndürən təyyarələrinin istehsalını bərpa etməyə razılıq verib. Aİ üçün 12 təyyarədən ibarət partiya 23 milyon avroya başa gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti