...

Ağ Ev Tayvana 345 milyon dollara qədər hərbi yardım ayırdığını açıqlayıb

Dünya xəbərləri Materials 29 İyul 2023 04:48 (UTC +04:00)
Ağ Ev Tayvana 345 milyon dollara qədər hərbi yardım ayırdığını açıqlayıb

Bakı. Trend:

Vaşinqton Taypeyə 345 milyon dollara qədər hərbi yardım ayıracaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında bildirilib.

Qeyd olunub, hərbi yardım Pentaqonun müdafiə məhsulları və xidmətləri, habelə Tayvana kömək etmək üçün hərbi sahədə təhsil və təlim üçün ayrılacaq.

"ABC" kanalının mənbələrə istinadən verdiyi məlumata görə, hərbi yardım ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından ayrılacaq, paketə daşına bilən zenit-raket kompleksləri, odlu silahlar, raketlər, kəşfiyyat və müşahidə avadanlıqları daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti