...

Avropada salmonellaya 90-dan çox yoluxma halı aşkarlanıb

Dünya xəbərləri Materials 1 Avqust 2023 20:40 (UTC +04:00)
Avropada salmonellaya 90-dan çox yoluxma halı aşkarlanıb

Bakı. Trend:

Bəzi Avropa ölkələrində və ABŞ-da Zenftenberq salmonellasına 92 yoluxma halı aşkarlanıb, virusa yoluxanlardan biri ölüb.

Trend xəbər verir ki, Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, araşdırmalara və zərərçəkənlər arasında aparılan sorğulara əsasən, infeksiyanın yayılmasına səbəb çerri pomidorlarından istifadə ola bilər.

Salmonellaya yoluxma halları Avropanın 11 ölkəsində - Avstriya (5), Belçika (4), Çexiya (4), Estoniya (1), Finlandiya (12), Fransa (16), Almaniya (26), İrlandiya (1), Hollandiya (5), Norveç (1), İsveç (11), Böyük Britaniya (4) və ABŞ-da (2) qeydə alınıb.

İlk yoluxma halları ötən il avqustun 22-də Fransada aşkar edilib. Bu, bir neçə gün əvvəl, həmin ayın 17-də hazırlanmış salatdan istifadə ilə əlaqədar baş verib. Salatın tərkibində yaşıl tərəvəzlərlə yanaşı, çerri pomidorları da olub. O vaxtdan bəri Avropa ölkələrində artıq 92 nəfər bu virusa yoluxub. Sonuncu yoluxma halı 2023-cü il iyunun 24-də İsveçdə qeydə alınıb. Avstriya, Almaniya, Fransa və İsveçdə aparılan sorğular çerri pomidorlarının “mümkün infeksiya ötürücüsü” olduğunu ehtimal etməyə əsas verir.

Xəstəliyin simptomları adətən infeksiyaya səbəb olan qidanın qəbulundan 12-36 saat sonra üzə çıxır. Simptomlara qızdırma, ishal, qarın ağrısı, ürək bulanması və qusma daxildir və onlar adətən bir neçə gün davam edir. İnfeksiya nadir hallarda, xüsusilə yaşlı və immuniteti zəif insanlarda ölümlə nəticələnə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti