...

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olundu

Dünya xəbərləri Materials 3 Avqust 2023 17:36 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Baş Qərargah rəisi vəzifəsinə 2-ci Ordu komandanı Metin Gürak təyin edilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Ali Hərbi Şuranın iclasında açıqlama verib.

Məlumata əsasən, Baş Qərargahın 2-ci rəisi general Səlcuq Bayraktaroğlu Quru Qoşunları Komandanlığına, Döyüş Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu isə Hərbi Hava Qüvvələri Komandanlığına təyin olunub.

Xatırladaq ki, Türkiyədə Baş Qərargah rəisi vəzifəsini daha öncə hazırkı müdafiə naziri Yaşar Güler icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti