Bakı. Trend:
Türkiyənin BAYKAR, ASELSAN və ROKETSAN şirkətləri Müdafiə Sənayesi İdarəsi koordinasiyasında Səudiyyə Ərəbistanı ilə yeni müqavilələr imzalayıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə özəl olaraq Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, BAYKAR və SAMI (Saudi Arabia Military Industries) şirkətləri Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatlarının yerli istehsalı üçün, ASELSAN ilə NCMS şirkəti arasında elektro-optik sistem və təlim texnologiyaları, ROKETSAN və NCMS şirkətləri arasında ağıllı döyüş sursatları və təlim texnologiyaları ilə bağlı anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, iyulun 18-də Türkiyənin BAYKAR şirkətinin baş direktoru Haluk Bayraktar ilə Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini Halid Bin Hüseyn Əl Bayari arasında “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatının (Taarruzi İnsansız Hava Aracı) Səudiyyə Ərəbistanına ixracı ilə bağlı müqavilə imzalanıb.