...

Türkiyənin AKP partiyasının fövqəladə qurultayının keçiriləcəyi tarix açıqlandı

Dünya xəbərləri Materials 9 Avqust 2023 14:21 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayının keçirələcəyi tarix açıqlanıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, AKP-nin sədr müavini Həmzə Dağ partiyanın fövqəladə qurultayının oktyabrın 7-də keçiriləcəyini bildirib.

"AKP həm auditoriyanı arxasına çəkən, həm də kadrlar yetişdirmiş siyasi partiyadır", - deyə sədr müavini vurğulayıb.

"Biz millətimizin hər zaman dəstəklədiyi partiyayıq. Həll etməli olduğumuz əsas məsələ inflyasiyadır. Hesab edirəm ki, 2023-cü ilin sonunda və ya 2024-cü ilin birinci rübündə gördüyümüz işlərin bəhrəsini görəcəyik", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti