...

"PiroRos" şirkətinin texniki direktoru saxlanılıb

Dünya xəbərləri Materials 10 Avqust 2023 13:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Sergiyev Posad şəhərində anbarında partlayış baş verən "PiroRos" şirkətinin texniki direktoru saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Moskva vilayətinin İstintaq Komitəsinin Baş istintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, müstəntiqlər tərəfindən şirkətdə axtarış aparılıb və istintaq üçün əhəmiyyət kəsb edən sənədlər, o cümlədən, işçilərin vəzifə təlimatlarının qeyd olunduğu sənədlər götürülüb. Şirkətin rəhbər heyəti dindirilib. Nəticədə, şübhəli şəxs qismində texniki direktor saxlanılıb.

Hadisə yerində ətraflı istintaq aparılır. 34 nəfər dindirilib, 7 nəfər saxlanılıb. İstintaq, həmçinin, zavod ərazisində içərisində pirotexnika olan anbarın yerləşməsinin qanuni olub-olmadığını qiymətləndirəcək.

Qeyd edək ki, avqustun 9-da Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib. Partlayış nəticəsində 60-dan çox insan xəsarət alıb, 1 nəfər ölüb, 12 nəfər isə itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti