...

Kiyevdə DİN-in binasında partlayış olub - Yaralananlar var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 Avqust 2023 16:52 (UTC +04:00)
Kiyevdə DİN-in binasında partlayış olub - Yaralananlar var (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev yaxınlığındakı ofisində yanğın qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.

O, hadisənin Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verdiyini açıqlayıb.

Yanğına səbəb bina yaxınlığında baş vermiş partlayış olub. Hadisə yerində Milli Polisin müstəntiqləri və kriminalistlər işləyir.

Nəticə barədə hələlik məlumat yoxdur.

xxx

13:30

Kiyev vilayətində baş vermiş partlayış nəticəsində yaralananlar var.

Trend xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqramda yazıb.

Məlumata görə, partlayışın səbəbi hava hücumu olmayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində çalışırlar.

xxx

12:20

Ukraynanın Kiyev vilayətinin Svyatoşinski rayonunda partlayış baş verib.

Trend xəbər verir ki, yerli sakinlər səmada qara tüstü görüblər.

Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib. Hadisə yerinə təcili xidmət əməkdaşları cəlb olunub.

Partlayışın səbəbi və təfərrüatı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti