...

Ankarada narkotik tacirlərinə qarşı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 22 Avqust 2023 08:20 (UTC +04:00)
Ankarada narkotik tacirlərinə qarşı əməliyyat keçirilib

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankarada narkotik tacirlərinə qarşı əməliyyat keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, əməliyyat zamanı bir milyon türk lirəsi dəyərində narkotik vasitə ələ keçirilib.

Qaçaqçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları 13 min 720 ədəd narkotik həbi nəzarətə götürüb.

Əməliyyat zamanı üç şübhəli saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti