Bakı. Trend:
ABŞ-nin Corciya ştatının məhkəməsi sabiq prezident Donald Trampın 200 min dollar müqabilində azadlıqda qalmasına razılaşıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə Trampa qarşı digər fiqurantlarla müqayisədə daha sərt tələblər müəyyən edib.
Belə ki, sabiq prezidentə sosial şəbəkələr vasitəsilə və başqa yolla digər müttəhimləri və ya şahidləri "hədələmək" qadağan olunub.
Qeyd edək ki, Donald Tramp 2020-ci ilin prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunur. ABŞ-nin sabiq prezidenti 13 bənd üzrə ittiham olunur ki, bunların arasında ştatın reketçilik və korrupsiyaya qarşı mübarizə qanununun pozulması, dövlət qulluqçularını andı pozmağa təhrik etmə, saxtakarlıq məqsədilə əlbirlik və saxta sənədlərin verilməsi kimi ittihamlar da yer alır.