...

Yaponiya "Fukusima-1" AES-in sularını okeana axıdır

Dünya xəbərləri Materials 24 Avqust 2023 13:17 (UTC +04:00)
Yaponiya "Fukusima-1" AES-in sularını okeana axıdır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyalı mütəxəssislər qəza vəziyyətində olan "Fukusima-1" atom elektrik stansiyasının reaktorlarını soyutmaq üçün istifadə etdikləri suyu Sakit okeana axıtmağa başlayıblar.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" xəbər agentliyi məlumat yayıb.

"Yaponiya "Fukusima-1" AES-dən təmizlənmiş suyun okeana axıdılmasına başlayıb", - məlumatda deyilir.

Yaponiyanın bu qərarı ərazidəki balıqçılar və ekofəallarla yanaşı, Çin başda olmaqla, qonşu ölkələrin də ciddi tənqidinə səbəb olub. Çin Yaponiyadan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) suyunu okeana axıdılmasına son qoyulmasını tələb edib və ölkədən bütün növ dəniz məhsullarının idxalını dayandırıb.

Qeyd edək ki, 2011-ci ildə 9 maqnitudalı zəlzələnin səbəb olduğu sunami nəticəsində "Fukusima-1"də qəza enerji təchizatı və soyutma sistemləri sıradan çıxıb, 4 enerji bloku reaktorundan 3-ü zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti