Bakı. Trend:
Ötən gecə Kiyev yaxınlığında partlayışlar olub.
Trend-in məlumatına görə, bu barədə Kiyev şəhər hərbi administrasiyası Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemi işə düşüb. Digər təfərrüatlar qeyd olunmayıb.
Ukraynanın böyük hissəsində, o cümlədən Kiyevdə hava həyəcanı elan edilib.