...

Qərbi Trakyada türk qəbiristanlığına hücum edilib

Dünya xəbərləri Materials 4 Sentyabr 2023 02:46 (UTC +04:00)
Qərbi Trakyada türk qəbiristanlığına hücum edilib

Bakı. Trend:

Qərbi Trakyada Gümülcine yaxınlığındakı Narlıköydə türk qəbiristanlığına hücum edilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslərin hücumu nəticəsində 20-yə yaxın məzar daşı zədələnib.

Qəbiristanlığı ziyarət edənlərin diqqətini çəkən hücumla bağlı yerli hakimiyyət orqanları məlumatlandırılıb.

“Qəbiristanlıqda soydaşlarımıza məxsus iyirmiyə yaxın məzar naməlum şəxslər tərəfindən dağıdılıb" – deyə qəbiristanlığı ziyarət edən Qərbi Trakya Türk Azlığının Məsləhət Şurasının sədri və Gümülcinin seçilmiş müftisi İbrahim Şərif sosial media hesabında deyib.

Dostluq Bərabərlik Sülh Partiyasının (DEB) yaydığı bəyanatda hadisəni törədənlərin səlahiyyətli orqanlar tərəfindən tez bir zamanda tapılması və qanun çərçivəsində cəzalandırılmaları tələb edilib.

Xəbər lenti

Xəbər lenti