Bakı. Trend:
Hazırda Ermənistanla Türkiyə arasında əmtəə dövriyyəsi 1 faiz təşkil edir, lakin iki ölkə arasında sərhəd açılarsa, bu göstərici 10 dəfəyə qədər və daha çox arta bilər.
Trend Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ilə quru sərhədinin açılması ilə bağlı məlumatları yoxdur və bu yetərincə qəliz prosesdir.
Həmçinin, o da qeyd olunub ki, Asiya İnkişaf Bankının (AİB) proqnozuna görə, Azərbaycan və Türkiyə ilə sərhədlər açılarsa, Ermənistanın xarici ticarət kəsiri 30-50 faiz azalacaq.
"Dənizə çıxışı olmayan istənilən ölkə üçün qonşu ölkələr təkcə ticarət bazarı deyil, həm də üçüncü ölkələrə tranzit marşrutlarıdır", - nazirliyin məlumatında deyilir.