...

Rusiya Dövlət Dumasında ölkənin UNESCO-dan çıxması təklif olundu

Dünya xəbərləri Materials 7 Sentyabr 2023 16:16 (UTC +04:00)
Rusiya Dövlət Dumasında ölkənin UNESCO-dan çıxması təklif olundu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy ölkənin UNESCO-dan çıxmasını təklif edib.

Trend xəbər verir ki, bu barədə deputat özünün "Telegram" kanalında yazıb.

Tolstoyun bu təklifi Baykal gölü yaxınlığındakı meşələrin məhdud şəkildə qırılmasına icazə verən qanun layihəsinə yönəlmiş tənqidlərlə əlaqəlidir. Belə ki, Baykal gölü ətrafındakı UNESCO ümumdünya mədəni irsinin siyahısına daxildir.

Dövlət Dumasının vitse-spikeri bildirib ki, Rusiya özünün iqtisadi və geosiyasi maraqlarını qorumalıdır, UNESCO kimi təşkilatlarda iştirak etməklə isə "Rusiya nəyi edib, nəyi etməməli olduğuna dair Qərbin fikirlərini" dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti