...

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Dünya xəbərləri Materials 7 Sentyabr 2023 17:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısını genişləndirib.

Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısına Rusiyadan 11 fiziki şəxs daxil edilib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bir həftə bundan öncə Moskvada yerləşən “Intellect” şirkətini və onunla əlaqəli Rusiya vətəndaşı Sergey Kozlovu Şimali Koreyanın sanksiyalar siyahısına daxil edib. Siyahıya daxil olmaq ABŞ-də aktivlərin dondurulması deməkdir. Bundan əlavə, ABŞ vətəndaşları və şirkətləri məhdudlaşdırıcı tədbirlər görülən fiziki şəxslər və firmalarla iş görə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti