...

Türkiyədə terror planlaşdıran 5 nəfər ələ keçdi

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 10:49 (UTC +04:00)
Türkiyədə terror planlaşdıran 5 nəfər ələ keçdi

Bakı. Trend:

Türkiyənin Diyarbəkir şəhərində terror aktı törətməyə çalışan 5 nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, saxlanılan şəxslər kuryerlik fəaliyyəti ilə məşğul olublar. Terrorçular saxlanılarkın onlara aid çoxlu sayda partlayıcı maddə və silah aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti