Bakı. Trend:
ABŞ hakimiyyəti Ukrayna Prezidenti Vladimir Zelenskinin Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirakını dəstəkləyəcək.
Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Bizim fikrimizcə, Zelenskinin hər hansı bir təşkilat və ya insanlar qarşısında çıxış etmək imkanı olması müsbət hal olardı. ABŞ Zelenskinin sammitə dəvət edilməməsindən məyus olub”, - deyə o bildirib.
Qeyd edək ki, G20 sammiti bu dəfə sentyabrın 7-dən 10-dək Yeni Dehlidə keçiriləcək.