...

G20 ölkələri bu silah növündən istifadənin yolverilməzliyini bəyan edib

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 17:32 (UTC +04:00)
G20 ölkələri bu silah növündən istifadənin yolverilməzliyini bəyan edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Böyük iyirmilik” (G20) ölkələrinin liderləri nüvə silahından istifadəyə və ya onunla əlaqədar müvafiq təhdidlərə qarşıdırlar.

Trend xəbər verir ki, bu barədə Hindistanda keçirilən görüşün yekun bəyannaməsində qeyd edilir.

“BMT Nizamnaməsinə uyğun olaraq, bütün dövlətlər ərazi əldə etmək üçün güc tətbiqindən, nüvə silahından istifadə və ya onun istifadəsi ilə bağlı hədələrdən çəkinməlidirlər”, - sənəddə deyilir.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti