...

ABŞ, Moldova və Rumıniya birgə hərbi təlimlərə başlayıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 04:37 (UTC +04:00)
ABŞ, Moldova və Rumıniya birgə hərbi təlimlərə başlayıb

Bakı. Trend:

Bazar günü Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə “Scutul de Foc/Rapid Trident – 2023” hərbi təlimləri başlayıb.

Trend-in məlumatına görə, bu barədə Moldovanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 22-dək davam edəcək təlim piyada və artilleriya atışlarını əhatə edir və iştirakçı ordular arasında imkanların inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədi daşıyır”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, təlimlərdə üç ölkənin 500-ə yaxın hərbçisi iştirak edir. Təlimlərə ordunun texniki heyəti, piyadaları və artilleriya sistemləri cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti