...

Rusiyada məktəbdə yeniyetmə dörd nəfəri bıçaqlayıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 12:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Rostov vilayətinin Neklinov rayonunda məktəbə bıçaqla daxil olmağa çalışan yeniyetmə dörd nəfəri bıçaqlayıb.

Trend xəbər verir ki, bu barədə bölgənin qubernatoru Vasili Qolubov özünün "Telegram" kanalında məlumat verib.

Məlumata görə, yaralanan dörd nəfərdən üçü məktəbin əməkdaşı, bir nəfər isə şagirdlərdən birinin qohumu olub. Hadisəni törədən yeniyetmə şahidlər tərəfindən saxlanılıb. Onun həmin məktəbin 9-cu sinif şagirdi olduğu məlum olub.

Yeniyetmənin psixi xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilib. Yaralanan şəxslərin vəziyyətinin qənaətbəxş olduğu bildirilib, onlara tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti