...

Meksikada turist avtobusu aşıb, 10 nəfər həlak olub

Dünya xəbərləri Materials 13 Sentyabr 2023 04:32 (UTC +04:00)
Meksikada turist avtobusu aşıb, 10 nəfər həlak olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Meksikada turistləri daşıyan avtobus uçuruma aşıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, avtobus San Luis Potosi-Guadalajara magistral yolunda uçuruma düşüb.

Hadisə zamanı 10 turist həyatını itirib, daha 18 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər cəlb olunub, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Qeyd edilir ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti