...

ABŞ Cənubi Koreyaya dəyəri 5 milyard dollardan çox olan F-35 qırıcıları satıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 00:40 (UTC +04:00)
ABŞ Cənubi Koreyaya dəyəri 5 milyard dollardan çox olan F-35 qırıcıları satıb

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 5,06 milyard dollara F-35 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət 25-ə qədər qırıcının satışından gedir. Departament əmin edib ki, qırıcıların tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda hərbi balansı dəyişməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti