...

İran XİN rəhbəri Ermənistan-ABŞ birgə təlimini tənqid etdi

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 09:57 (UTC +04:00)
İran XİN rəhbəri Ermənistan-ABŞ birgə təlimini tənqid etdi

Bakı. Trend:

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Trend xəbər verir, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İran XİN rəhbəri Mirzoyanla telefon danışığında Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq, regionda hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti gərginləşdirən amil kimi qiymətləndirib:

"Xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən, "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb", - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-Ermənistan birgə təlimləri sentyabrın 11-də başlayıb. Sentyabrın 20-dək davam edəcək "EAGLE PARTNER-2023" təlimləri Ermənistan "Zar" tədris mərkəzinin bazasında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti