...

Yunanıstanda ötən həftə baş verən daşqın nəticəsində ölənlərin sayı 17-yə çatıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2023 04:47 (UTC +04:00)
Yunanıstanda ötən həftə baş verən daşqın nəticəsində ölənlərin sayı 17-yə çatıb

Bakı. Trend:

Yunanıstanda aramsız leysan yağışları səbəbindən Tesaliya bölgəsində ölənlərin sayı 17-yə yüksəlib.

Trend-in məlumatına görə, Yunanıstan AMNA Dövlət Agentliyinin xəbərinə görə, keçən həftə Pilioda tapılan iki cəsəddən alınan DNT nümunələrinin təbii fəlakət zamanı itkin düşdüyü bildirilən avstriyalı cütlüyə aid olduğu müəyyən edilib.

Bununla da seldə həyatını itirənlərin sayı 17-yə çatıb.

Daşqın nəticəsində Tesaliyada 750 min hektardan çox ərazi su altında qalıb, bölgədəki yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və infrastruktura ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti