...

Yaponiyada leysan yağışlar səbəbindən sakinlərə təxliyə edilmələri tövsiyə olunub

Dünya xəbərləri Materials 17 Sentyabr 2023 08:52 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın cənub-qərbində ən azı 51 min insana güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi təhlükəsi səbəbindən evlərini tərk etmək və təxliyyə mərkəzlərinə köçmək tövsiyə olunub.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, tövsiyələr Naqasaki və Saqa prefekturalarının bir neçə ərazisində yaşayan insanlara şamil olunub.

Yaponiya Meteorologiya İdarəsinin məlumatına əsasən, bazar günü səhər orada yağanıntıların miqdarının intensivliyi saatda 69 mm-ə çatıb, bu da çayların sahillərini aşması və dağlıq ərazilərdə sürüşmə riskini artırıb.

Sinoptiklər Yaponiyanın cənub-qərbində güclü yağışın bazar ertəsinə qədər davam edəcəyini proqnozlaşdırırlar. Gündə 200 mm-dən çox yağıntı düşə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti